Tolikdən Zümrüdə sərt sözlər: "Paxıl, süni, verilişində mənim proqramımda olan mövzunu işləyir..."

 16:37 27.05.2025     244

İki gündür Zümrüd Bədəlova verilişində mənim proqramımda olan mövzunu işləyir. "Verilişlərin biri" yox, Tarix Əliyevin proqramı, Zümrüd xanım. Zahidə Günəşin "Bentley" markalı maşını bizim proqramda idi".

Redaktor.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) həmkarı Zümrüd Bədəlovanın ünvanına deyib. O bildirib ki, Zümrüd proqramında onun verilişindəki mövzuları danışır, amma ad çəkmir:

"Sizdən fərqli olaraq, mən heç bir verilişə zəng vurub demirəm ki, proqramımdan paylaşım edin. Mənim proqramımın sizdən çox reytinq verməsi sizə yer edəcək. Bundan əvvəl də bu cür hal olub. Bu gün paxıllığınızın dərəcəsini anlamıram. Sünisiniz, insanlara yapışmırsınız. Yaşlıları bir-birinə qırdırmaq, insanları gözdən salmaq... Müğənnilərə deyirəm, adımı başqa verilişlərdə çəkməyin. 10 ildir bu sahəyə gəlmişəm, amma sizinlə eyni sıradayam. Verilişimin ana hissəsini müzakirə edib, adımı çəkməmək nədir? Bu gün reklamım səndən çoxdur" (axşam.az).