Xərçəngdən əziyyət çəkən müğənni vəfat etdi - FOTO

4 ildir xərçənglə mübarizə aparan Şimaldan acı xəbər gəlib. 39 yaşlı müğənninin dünyasını dəyişdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, Şimalın sosial şəbəkə hesabından edilən paylaşımda belə yazılıb:
"Şimal Gülen haqqın rəhmətinə qovuşmuşdur. Məzarı Kuşadasına aparılacaq. Halallıq üçün yer barədə məlumat veriləcək."
Şimal 2021-ci ildə süd vəzi xərçəngi diaqnozu alaraq müalicəyə başlamış, uzun mübarizədən sonra xəstəliyə qalib gəldiyini açıqlamışdı.
Qeyd edək ki, 2024-cü ildə müntəzəm yoxlama üçün xəstəxanaya gedən Şimalin beynində şiş aşkarlanıb. 4 may tarixində halı pisləşən Şimal xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsinə yerləşdirilib.