“Onlar cənazəmə belə gəlməsin” - İbrahim Tatlısəsdən vəsiyyət

İbrahim Tatlısəs həyatında iki insanı heç vaxt bağışlamayacağını bildirib.
Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
“Biri kişi, biri qadın olmaqla iki nəfəri ömrümün sonuna qədər heç vaxt bağışlamayacağam. Qəbrimə də gəlməsinlər. Gün gələr, mən də ölərəm, gedərəm. Məni sevənlər onları görəndə yuh çəksinlər. Onlara bağışlama yoxdur, üzr istəsələr də yox. Onları ətrafımda belə görmək istəmirəm. Olduqları şəhərdən belə uzaqlaşdım, İzmirə köçdüm. Hətta Bodrumdan da köçə bilərəm. Prokurorluqdan uzaqlaşdırma qərarı alacağam, 500 metrdən artıq yaxınlaşmasınlar", - deyə İ.Tatlısəs bildirib.
O, iki nəfərin adını açıqlamayıb.