Namiq Qaraçuxurlu dostunun xatirəsinə mahnı ifa etdi - VİDEO

 09:12 10.06.2025     204

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu dostu, mərhum meyxanaçı Xəyyam Quliyevin mahnısını ifa edib. 

Redaktor.az xəbər verir ki, meyxanaçı paylaşımı zamanı söz və musiqisi Xəyyam Əhmədliyə aid olan "Gedirsən get" adlı mahnının ifasını mərhum həmkarının xatirəsinə ithaf etdiyini bildirib:

"Dostum Xəyyam Quliyevin əziz xatirəsinə... Artıq yayımda". 

Onu da bildirək ki, klip süni intellekt vasitəsi ilə hazırlanıb. 

Qeyd edək ki, meyxanaçı Xəyyam Quliyev ötən il dekabrın 3-də xəstəlikdən vəfat edib. 

Vasif ƏLİHÜSEYN