Məhbus ailələri Toliki məhkəməyə VERİR

Məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyev məhkəməyə verilir.
Redaktor.az xəbər verir ki, bu barədə məhbus ailələri adından jurnalist Arzu Abdulla sosial şəbəkədə paylaşım edib.
“Məhbus ailələrini təhqir edən Toliklə bağlı məhbus ailələri adından məhkəməyə müraciət etmək qərarına gəldik”, - A.Abdulla bildirib.
Onun sözlərinə görə, bu prosesdə məhbus ailələrinin hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edəcək.