"Elə bil ki, hamı hakimdir, həyat da məhkəmə" - Nura Alim Qasımovdan yazdı

Müğənni Nura Suri Xalq artisti Alim Qasımovun məclislərdən birində rep deməyini tənqid edənlərə cavab verib.
Redaktor.az xəbər verir ki, Nura Suri bununla bağlı sosial şəbəkədə fikirlərini bölüşüb:
"Alim Qasımovun toydakı görüntüləri yayılıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, klaviatura "qəhrəmanları" öz zəhərlərini töksünlər şərhlərə.
Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdir, həyat da məhkəmə. Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyinizin səbəblərini də axtarın".