"Əlimizdən yalnız gözləmək gəlir..." - Əlikram itkin düşən qardaşı oğlundan DANIŞDI

Müğənni Əlikram Bayramovun itkin düşən qardaşı oğlu ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya Əlikram Bayramov bildirib:
"Təəssüf ki, qardaşım oğlunun itkin düşməsi ilə bağlı məlumatlar düzdür. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib, biz də gözləyirik. Hazırda da polis şöbəsindəyik. Əlimizdən yalnız gözləmək gəlir", müğənni deyib.
Qeyd edək ki, müğənni Əlikram Bayramovun qardaşı oğlu Əlikram Bayramov Rahid Bayramov itkin düşüb. Bu barədə "Səni axtarıram" verilişində deyilib. Atası efirə zəng edərək bildirib ki, Rahid mayın 7-də Biləsuvardan çıxıb və ondan sonra onun telefonuna zəng çatmayıb.