Estetik əməliyyatlarına 11 milyon xərcləyibmiş - FOTO

 17:21 13.06.2025     92

Türkiyəli influenser Danla Bilic indiyədək etdirtdiyi estetik əməliyyatların məbləğini açıqlayıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, 9 il davam edən plastik əməliyyatları üçün ümumilikdə 11 milyon 800 min TL (509 min 999 manat) pul xərcləyib.

O bildirib ki, bir neçə əməliyyatı təkrar etdirmək məcburiyyətində qalıb.

İnfluenserin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, D.Bilic tez-tez paylaşımlarında estetik əməliyyat etdirməyin yanlış addım olduğunu bildirir.