Nihal xoşbəxt oldu - FOTO

Müğənni İrəm Dərici 23 kiloya düşərək reanimasiyada müalicə zamanı həyatını itirən sosial media fenomeni Nihal Candan haqda danışıb. Müğənni həmçinin özünün də bu xəstəlikdən əziyyət çəkdiyini bildirib.
Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, İ.Dərici açıqlaması zamanı bildirib ki, fırıldaqçılıq ittihamı ilə həbs edilən Nihal Candan həbsxanada olarkən onda bu xəstəlik aşkar edilib. Ondan sonra isə Nihal azadlığa buraxılıb.
İrəm Dərici Nihal Candan rəhmətə gedəndən sonra bu sözləri paylaşıb: “Asan idi, elə deyilmi? Getdi... Yalnız ailəsi onun arxasınca ağlayır. O qədər ürəksizsən ki, intiharın son mərhələsini anlaya bilmədin. Nihal xoşbəxt oldu. Amma mən bu xəstəliyin öhdəsindən gəlməkdə çətinlik çəkdim, bəlkə də hələ də bacarmamışam".
Vasif
