Sinanla Ece sevgili imiş... - VİDEO

 15:45 30.06.2025     114

Türkiyəli müğənni Sinan Akçıl və aparıcı Ece Erkenin sevgili olduğu ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Milliyet” qəzeti yayıb.

Bildirilib ki, cütlük Samsun Hava Limanında əl-ələ görüntülənib.

Belə ki, onlar kənardan lentə alındıqlarını görərək əllərini ayırıblar.

İkilinin görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Həmçinin Erken instaqram hesabında Akçılın üzünü bağlayaraq oğlu ilə birgə fotosunu paylaşıb.