Maksim Qalkini maşın vurdu

Məşhur şoumen Maksim Qalkin Latviyada yol qəzasına düşüb.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir, velosiped sürərkən qəflətən köhnə avtomobil yan tərəfdən ona çırpılıb.
Qəza törədən qadın sürücü olub. Toqquşma nəticəsində aktyor əlini şüşə qırıqları kəsib. Nəticədə şoumen son konsertində səhnəyə əli sarğılı çıxıb.
Hələlik Qalkin və həyat yoldaşı Alla Puqaçova hadisə ilə bağlı şərh verməyiblər.