Əlikramın bütün mal-qarası tələf OLDU

 10:08 04.11.2025     502

Müğənni Əlikram Bayramovun Biləsuvardakı fermasında olan bütün mal-qarası tələf olub.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Xəzər axşamı" verilişində danışıb:

"İnəklərimin hamısı öldü. İki-üç inəyim var idi. Müğənni Elşad Qarayev o qədər dedi ki, ferması var, bütün inəklərim tələf oldu. Onlara yaxşı baxmadılar".

Qeyd edək ki, Əlikram Bayramov illər əvvəl "Şou ATV" verilişində 8 baş mal-qarasının və 33 toyuğunun olduğunu açıqlamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən