Bu gün Azərbaycanda məşhur blogerin toyudur

 14:36 19.11.2025     713

Məşhur bloger Nəcibə Əhmədinin toyudur.

Redaktor.az manset.az-a istinadən xəbər verir ki, Nəcibə bu gün gəlin köçür. Toy mərasimi Bakının dəbdəbəli restoranlarından birində baş tutacaq.

Mərasimə bir çox tanınmış simalar, blogerlər, iş adamları dəvət olunub. Nəcibə Əhmədi Qədir Şirinov adlı bəylə ailə həyatı qurur.

Qeyd edək ki, bloger bir müddət əvvəl xaricdə dostları ilə toy etmişdi. Yaxın günlərdə keçirdiyi subaylığa vida partisi isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən