Rəqsanə ev dustaqlığına BURAXILDI

 17:57 19.11.2025     556

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə haqda seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, məlumatı ilk olaraq jurnalist Elvin Basqallı sosial şəbəkə hesabında yayıb.

Vumart və Güvən reklamı Vumart Güvən