"Zerrin"i ölümlə təhdid edən şəxs tapılmadı

 16:50 28.12.2025     823

“Uzak Şehir” serialında "Zerrin" obrazını canlandıran aktrisa Dilin Döğerin sosial şəbəkələrdə ölüm hədəsi alması ilə bağlı başladılan istintaqda hədə mesajını göndərən şəxsin kimliyi müəyyən edilə bilməyib.

Redaktor.az xəbər verir ki, bu səbəbdən prokurorluq iş üzrə təqibin dayandırılması barədə qərar verib.

Qeyd edək ki, ekran işinin baş rolunu Sinem Ünsalla Ozan Akbaba paylaşır.

Vumart və Güvən reklamı Vumart Güvən