"Ürəyim getdi, 25 dəqiqə özümdə olmamışam" - Şəbnəm Tovuzlu

 14:17 30.01.2026     611

Müğənni Şəbnəm Tovuzlu bir müddət əvvəl səhhətində yaranan problemdən danışıb.

Redaktor.az xəbər verir ki, sənətçi "Günorta efirdəyik" proqramında arıqlamaq üçün atdığı həbin onun orqanizminə vurduğu ziyandan söz açıb. O bildirib ki, dərmandan sonra təzyiqi 50-yə düşüb:

"Arıqladıcı dərman atırdım, bir də limonlu su içirdim. Mənə pis təsir edirdi. Təzyiqim 60-ın 50-yə düşdü. Yavaş-yavaş da düşürdü. 25 dəqiqə ayılmadım. Şükür ki, yaxşı oldu" (azxeber.com).

Vumart və Güvən reklamı Vumart Güvən