Brilliant Dadaşova aidiyyəti qurumlara müraciət etdi - Buna GÖRƏ
Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı Düşmüşük” mahnı gürcü ifaçı tərəfindən mənimsənilib.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.
Onun sözlərinə görə, ifa etdiyi mahnı oğurlanıb və məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:
“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.













