Orhan Gencebay xəstəxanaya yerləşdirildi

 14:57 16.03.2026     317

Əfsanəvi türk musiqiçisi Orhan Gencebay xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat verib. Bildirilib ki, 81 yaşlı Orhan Gencebay COVID-19 şübhəsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilib.

Ustad sənətçi müalicəsinə "Medicana Zincirlikuyu" Xəstəxanasında başlayıb. Sənətçinin ümumi vəziyyətinin nəzarət altında olduğu bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən