Nüsretin qardaşı Özgür Gökçe həbs edildi

 18:55 27.04.2026     285

Türkiyədə məşhur ət restoranının sahibi Nüsretin qardaşı Özgür Gökçe həbs edilib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "TGTR Haber" nəşri yazıb.

Məlumata görə, Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Nüsretin qardaşı Özgür Gökçe "Uşaq fahişəliyinə vasitəçilik etmək" ittihamı ilə həbs olunub.

O, həmçinin məşhurları hədəf alan narkotik əməliyyatı zamanı da saxlanılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən