Tanınmış blogerin evi yandı - FOTO

 11:43 28.04.2026     437

Bloger Arzu Məmmədovanın (Arzu.ja) evində yanğın hadisəsi baş verib

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı influenserin özü verib.

Belə ki, qonşuları onun ata və anasının evində yanğın başladığını bildiriblər. Arzu yaşadığı həyəcanlı anları bu sözlərlə şərh edib:

"Atamgilin bağında yanğın olub. Xoşbəxtlikdən evdə olmayıblar. İlk eşidəndə yaşadığım həyəcanı Allah heç kimə göstərməsin, dəhşət idi. Normal halda valideynlərim o saatlarda evdə olurdular. Qonşularım sağ olsunlar, FHN əməkdaşlarını çağırıblar. Onlar yanğının böyüməsinin  qarşısını alıb. Yaxşı ki, varsınız".

 

2222
Vumart və Güvən reklamı Vumart Güvən