Kim Kardaşyan ağardılmış saçları ilə GÜNDƏMDƏ

 11:16 21.06.2026     315

Model və realiti-şou ulduzu Kim Kardaşyan fərqli görünüşü ilə yenidən ictimaiyyət qarşısına çıxaraq bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Redaktor.az xəbər verir ki, bu barədə məşhur "Page Six" nəşri məlumat yayıb.

Məlumata görə, dünyaşöhrətli ulduz Los-Ancelesdə dermatoloq qəbuluna gedərkən obyektivlərə tuş gəlib. Onun bu dəfəki fərqli imici və geyim tərzi medianın və izləyicilərin xüsusi marağına səbəb olub.

Bildirilib ki, Kim Kardaşyan tamamilə dəyişmiş imici – ağardılmış və buruq saçları ilə ictimaiyyət qarşısına çıxıb. O, yeni saç düzümünü çəhrayı rəngli zərif makiyajla tamamlayıb.

Açıqlamada qeyd olunub ki, dəb ikonası olan realiti-şou ulduzu bura gələrkən enli dekolteli boz palto, lüks "Gucci" markalı dabanlı ayaqqabı və qara günəş eynəyi geyinib. Onun bu iddialı və fərqli tərzi qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən