Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO

 16:12 26.07.2026     381

Boşanma xəbəri ilə gündəmə gələn iş adamı Araz Ağalarov və keçmiş həyat yoldaşı İrina Ağalarova yenidən bir araya gəliblər.

Redaktor.az ''Yeni Sabah''a istinadla xəbər verir ki, onlar oğulları, Xalq artisti Emin Ağalarovun təşkil etdiyi “DreamFest” festivalında görüşüblər.

Rusiya mətbuatının yaydığı fotoda Araz Ağalarov, İrina Ağalarova və Emin Ağalarov səmimi şəkildə obyektiv qarşısına keçərək xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, iş adamı Araz Ağalarov 40 ildən çox evli olduğu həyat yoldaşı İrina Ağalarova ilə yollarını ayırıb. Daha sonra onun 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu bildirilib. Onun bu nikahdan 2 övladı dünyaya gəlib.

 

Vumart və Güvən reklamı Vumart Güvən