Türkiyənin məşhur "Manifest" qrupu ilə bağlı gözlənilməz qərar - FOTO

 19:26 03.08.2026     483

Son zamanlar Türkiyədə haqqında ən çox danışılan məşhur "Manifest" qrupu ilə bağlı gözlənilməz qərar verilib.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, qərarı qrupun təsisçisi və meneceri Tolqa Akış sosial media hesabında açıqlayıb.

Məlumata görə, qrup üzvləri sentyabr ayından sonra İstanbuldakı ortaq evlərini boşaldaraq yeni və beynəlxalq macəraya başlamaq üçün Londona köçəcəklər.

Tolqa Akış həmçinin qeyd edib ki, "Manifest" qlobal miqyasda fəaliyyət göstərən prodüser şirkətlərindən biri ilə razılaşma mərhələsindədir.

O, qrupun gələcək planlarından da danışıb.

"Hər şeyin başlanğıcı xəyal qurmaq və çalışmaqdır. Tezliklə yeni bir dövr başlayır", - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən