“Çantamdakı poverbank partladı, üzüm, saçım yandı” - VİDEO

 16:27 04.08.2026     348

Tanınmış stilist Anar Ağakişiyevin başına iş gəlib.

Redaktor.az xəbər verir ki, Çinin Quançjou şəhərinə səfər edən stilist hava limanında yoxlamadan keçərkən çantasında olan poverbank partlayıb.

“Poverbank çantamda partladı. Dodağım, burnum, saçım yandı. Poverbankınızı yanınızda saxlamayın. Uşaqlarınızdan uzaq tutun. Özüm bunu yaşadım. Hələ də şokdayam. İndi gedirik həkimə”, - deyə o, sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən