Kanye Vestə qarşı məhkəmə iddiası qaldırıldı

 22:07 04.08.2026     458

Kanye Vestin albom üzərində işləyən prodüseri məhkəməyə müraciət edib.

Redaktor.az xəbər verir ki, ABŞ-li reper Kanye Vestə qarşı anonim prodüser tərəfindən məhkəmə iddiası qaldırılıb. Bu barədə TMZ məlumat yayıb.

İddiaçı bildirib ki, Kanye Vest onu "Vultures 2" albomu üzərində ciddi vaxt məhdudiyyəti şəraitində işləməyə məcbur edib, lakin daha sonra gördüyü işin qarşılığında ödəniş etməyib.

Prodüserin sözlərinə görə, o, albomun təqdimatına iki gün qalmış layihəyə cəlb olunub və beş mahnının hazırlanmasında iştirak edib. O, həmçinin "Bully" albomundakı iki trek və yayımlanmayan bir neçə digər kompozisiya üzərində çalışdığını bildirib.

İddiaçı qeyd edib ki, Kanye Vest mahnıların hazırlanmasında iştirak edən şəxslər siyahısında onun adını göstərməyib.

Qeyd edək ki, Kanye Vest iyun ayında Gürcüstanda ilk dəfə konsert verib. Onun Tbilisidəki çıxışı böyük maraqla qarşılanıb və satışların başlamasından səkkiz saat sonra 70 min bilet satılıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən