Tatlısesin son halı sevənlərini üzdü

 19:20 03.09.2026     330

Türk musiqisinin unudulmaz simalarından biri olan İbrahim Tatlıses yay tətilini keçirdiyi Çeşmədə görüntülənib.

Redaktor.az xəbər verir ki, İzmirin məşhur istirahət məkanlarından biri olan Ilıcadakı bir məkanda vaxt keçirən sənətçi yerli sakinlərin diqqətini çəkib.

Tatlısesin pərəstişkarları yaxınlaşaraq onunla şəkil çəkdirib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Tatlısesin əvvəlki vaxtlarla müqayisədə daha arıq görünməsi diqqətdən yayınmayıb. Xüsusilə üz cizgilərinin daha da aydınlaşdığını müşahidə edən pərəstişkarlar sənətçinin səhhəti ilə bağlı narahatlıqlarını bildiriblər.

 

Vumart və Güvən reklamı Vumart Güvən