Elgiz yeni verilişinin tarixini açıqladı

 23:14 03.09.2026     403

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, aparıcının "Şadlıq olsun” adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.

Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.

"Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar”, – deyə o bildirib.

Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube” platformasında təqdim ediləcək.

Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi "Elgizlə izlə” verilişinin yayımı dayandırılıb (azxeber.com).

Vumart və Güvən reklamı Vumart Güvən