Kendall Cenner Venesiya Film Festivalında diqqət ÇƏKİB

 23:33 03.09.2026     403

Model Kendall Cenner Venesiya Film Festivalının ikinci günündə qırmızı xalının qonaqları arasında olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Elle” məlumat yayıb.

Kendall Cenner festivalda muncuq naxışları ilə bəzədilmiş “qızılı” rəngli libasda pozalar verib. O, görünüşünü hündürdaban ayaqqabılar və sırğalarla tamamlayıb. Modelin saçları yumşaq dalğalarla düzəldilib, makiyajında isə çəhrayı pomada və kömür-qara göz laynerindən istifadə olunub.

Qeyd edək ki, iyunun 30-da Kendall Cenner və aktyor Ceykob Elordi Avstraliyanın Brisben hava limanında görüntüləniblər. Cütlük gün eynəyi və tibbi maska taxaraq ictimaiyyətdən gizlənməyə çalışıb. Onlar həmçinin başlarını kapüşon və kepkalarla örtüblər.

Məşhurların bu davranışı sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Bəzi istifadəçilər onların özlərini həddindən artıq ciddi apardıqlarını bildiriblər.

Bundan əvvəl Kendall Cenner və Ceykob Elordi Tokioda pizzacıya baş çəkib və restoranın sahibi ilə birlikdə foto çəkdiriblər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən