Ancelina Coli Xarkovda boks klubunda
Amerikalı aktrisa Ancelina Coli Xarkova səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Boks Federasiyası "Telegram" kanalında məlumat verib.
Federasiyanın məlumatına görə, Coli şəhərin boks klublarından birinə baş çəkib.
"İdman zalında keçirilən adi məşq günü qəfildən gözlənilməz bir dönüş yaşadıq. Dünyanın ən məşhur aktrisalarından biri klubun qonaqları arasında idi. Onun oğlu Noks klubda ukraynalı müdafiəçilərlə birlikdə Muay Tay məşqi keçirib", - deyə açıqlamada bildirilir.













