Şahzadə Diananın məşhur “intiqam libası” hərraca ÇIXARILIR

 09:50 11.09.2026     222

Şahzadə Diananın 1994-cü ildə Serpentine qalereyasına gəlişi zamanı geyindiyi məşhur qara ipək gecə libası hərraca çıxarılır.

Redaktor.az xəbər verir ki, Kristina Stambolianın imzasını daşıyan xüsusi hazırlanmış libas Diananın həmin tədbirdəki dramatik görünüşündən sonra populyar mədəniyyətin simvolik nümunələrindən birinə çevrilib.

Media onun geyimini “intiqam libası” adlandırıb.

“Sotheby’s” hərrac evinin məlumatına görə, dekabrın 9-da keçiriləcək açıq satışda libasın 300 min dollara, yəni 220 min funt sterlinqə qədər qiymətə alıcı tapacağı gözlənilir.

Hərrac evi açıqlamasında bildirib ki, bu, mərhum şahzadənin xeyriyyə təşkilatları üçün vəsait toplamaq məqsədilə geyimlərini satdığı 1997-ci ildən bəri libasın ilk dəfə hərraca çıxarılmasıdır.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən