“Kurtlar Vadisi”ndəki səhnə ilə bağlı ssenaristlər ifadə VERDİ

 22:51 14.09.2026     279

“Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iki saatdan çox ifadə veriblər.

Redaktor.az xəbər verir ki, ssenaristlər Silivri Ədliyyəsinə məlumat sahibi qismində çağırılıblar.

Onların ifadəsi 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlu ilə bağlı yenidən başladılan araşdırma çərçivəsində alınıb.

Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialında Kaşif Kozinoğludan ilhamlandığı iddia edilən “Kazım Kaşifoğlu” obrazı yer alıb. Maraqlıdır ki, serialın 136-cı bölümündə Kaşifoğlunun öldürülməsi ilə bağlı səhnələr yayımlanıb. Bölümün efirə getməsindən cəmi bir neçə gün sonra isə real həyatda Kaşif Kozinoğlunun Silivri həbsxanasında vəfat etməsi diqqət çəkib. Bu təsadüf həmin dövrdə mediada geniş müzakirələrə səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən