Monika Belluççi görənləri şoka saldı - FOTO
Dünyaca məşhur aktrisa Monika Belluççi Monako Knyazı Fondunun 20 illiyinə həsr olunmuş və Monte-Karlo Operasının Qarnye zalında təşkil edilən təntənəli qala-gecədə iştirak edib.
Redaktor.az “Nice-Matin” nəşrinə istinadla xəbər verir ki, 61 yaşlı ulduz gecədə öz cazibədarlığı ilə diqqət mərkəzində olub.
Monika Belluççi tədbirə dərin dekolteli, bədənə oturan qara libasda qatılaraq kameralara poz verib. Aktrisanın imicini almaz qaşlı boyunbağı və üzüklər tamamlayıb.
Aktrisanın yeni görüntüsünü təqdim edirik:














