Narkotik görə saxlanılan Arasın ifadəsi üzə çıxdı
Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Aras Bulut İynemlinin ifadəsi üzə çıxıb.
Redaktor.az xəbər verir ki, aktyor ifadəsində narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmədiyini bildirib.
İynemli qeyd edib ki, narkotik və stimullaşdırıcı maddə satdığı bilinən hər hansı şəxslə əlaqə saxlamayıb, bu maddələri əldə etmək üçün heç kimi vasitəçi etməyib və bu məqsədlə hər hansı şəxsə pul köçürməyib.
Aktyor həmçinin narkotik və stimullaşdırıcı maddələrin istifadə edildiyi məclis, festival, bar, kafe, tədbir və ya konsert kimi məkanlarda olmadığını deyib.
“Mən narkotik və stimullaşdırıcı maddə istifadə etmirəm. Yaşadığım evdə və getdiyim əyləncə məkanlarında narkotik və stimullaşdırıcı maddə qətiyyən qəbul etməmişəm” deyə, Aras Bulut İynemli ifadəsində bildirib.













