Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq

 09:16 02.10.2026     98

Kolumbiyalı müğənni Şakira ilk dəfə tam konsertini dünya üzrə canlı yayımlayacaq. Sənətçinin 3 oktyabrda Madriddə keçirəcəyi konsert “Amazon Music”, “Prime Video” və “Twitch” platformalarında pulsuz yayımlanacaq.

Redaktor.az xəbər verir ki, yayım Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Konserti izləmək üçün abunəlik tələb olunmayacaq. Canlı yayım başa çatdıqdan sonra tədbiri 24 saat ərzində yenidən izləmək mümkün olacaq.

Konsert Şakiranın davam edən “Las Mujeres Ya No Lloran” dünya turunun Madrid mərhələsinin bir hissəsidir.

Canlı yayım “Amazon Music”in Latın musiqisini və qadın sənətçiləri dəstəkləyən “Las Mujeres que Impulsan la Música Latina” təşəbbüsü çərçivəsində təşkil olunur.

Şakira ilə “Amazon Music”in əməkdaşlığı çərçivəsində qadın sahibkarlara dəstək və qadınlara süni intellekt və bulud texnologiyaları üzrə pulsuz təlimlər də nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən