"Alim Qasımov toyuma gəlmək üçün 15 min istədi" - VİDEO
Müğənni Pünhan Piriyev bir neçə gün əvvəl keçirilən toyuna Xalq artisti Alim Qasımovu da dəvət etdiyini bildirib.
Redaktor.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi xanəndə ilə aralarında keçən söhbəti danışıb. O bildirib ki, A.Qasımov toya gəlmək üçün pul istəyib:
“Arzum idi ki, toyumda Alim Qasımov olsun. Zəng etdim ki, ad günümdə gəlmədiniz, dediniz ki, toyunda gələcəyəm. İndi toyumdur, gəlin. Soruşdu ki, nə kimi dəvət edirsən? Cavab verdim ki, ağsaqqal kimi. Gəlin, oturun başda. İstəsəniz açılışı edin, istəməsəniz, yox. Dedi ki, 15 min ver, gəlim.
Alim Qasımovun ifasını çox sevirəm. Kasetlərinə qulaq asırdım, dərsində gedib otururdum".













