Azərbaycanlı reper azadlıqda - 5 il bu ölkəyə daxil ola bilməyəcək

 13:50 20.10.2026     61

Qazaxıstanda Azərbaycan əsilli tanınmış reper “Navai”nin (Nəvai Bəkirov) cinayət işinə xitam verilib və o, azadlığa buraxılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı Qazaxıstanın Jambıl Vilayət Məhkəməsinə istinadən məlumat yayıb. 

Mənbənin məlumatına görə, Nəvai Bəkirov təqsirini etiraf edib, ona qarşı qaldırılmış narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət işinə xitam verilib.

Belə ki, bu zaman reperin əməlindən peşman olması və qanun pozuntusunu ilk dəfə törətməsi əsas götürülüb. Bildirilir ki, “Navai” artıq ölkədən çıxarılıb və ona 5 il müddətinə Qazaxıstan ərazisinə daxil olmaq qadağan edilib. 

Sənətçinin bu gün səhər artıq Moskvaya çatdığı da qeyd olunub. 

Xatırladaq ki, oktyabrın 14-ü Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb, onunla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb. 

Vumart və Güvən reklamı Vumart Güvən