Kutsi 3-cü dəfə evləndi - FOTO

 01:47 16.11.2026     40

Türkiyəli müğənni və aktyor Kutsi 3-cü dəfə ailə qurub.

Redaktor.az xəbər verir ki, o, Sevda Sönmez adlı qadınla evlənib.

Nikah mərasimində AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram da iştirak edib və cütlüyün nikah şahidi olub.

Qeyd edək ki, Kutsi daha əvvəl Sinem Bayraktutarla evli olub. Bu nikahdan onun bir qızı var. İkinci dəfə isə “Benim adım Melek” teleserialında “Seyid” obrazını canlandıran uşaq aktyor Poyraz Arın anası Sibel Ülkərlə ailə qurmuşdu. 



 

Vumart və Güvən reklamı Vumart Güvən