“Belə övlada heç nə qoymaram” - Mahsun Kırmızıgül

 15:31 28.11.2026     342

Türkiyəli müğənni və aktyor Mahsun Kırmızıgül miras bölgüsü ilə bağlı açıqlaması ilə diqqət çəkib. 

Redaktor.az xəbər verir ki, sənətçi ailələrdə miras üstündə yaranan mübahisələrdən danışaraq ataların sağlığında əmlaklarını övladları arasında bərabər bölüşdürməsinin vacibliyini vurğulayıb.

“Ailənin lideri dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram” , - deyə Mahsun bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən