Məşhur musiqiçi vəfat ETDİ
“Surfin’ USA” və “California Girls” kimi klassik mahnıların həmmüəllifi və əsas ifaçısı, səhnədə uzun illər qrupun solisti olmuş “Beach Boys” qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Keyti Altman bildirib.
Mayk Lav dünən vəfat edib.
Qeyd edək ki, Mayk Lav 1960-cı illərin əvvəllərində Kaliforniyanın eyni şəhərətrafı ərazisində yaşayan Uilson qardaşları – Brayan, Karl və Dennislə birlikdə “Beach Boys” qrupunun əsasını qoyub. Bir neçə il ərzində ailə dostları Əl Jardinin də onlara qoşulub, Uilsonların qarajında məşq ediblər. Sörfinq, avtomobillər və qızlar haqqında mahnıları ilə beynəlxalq şöhrət qazanan vokal qrup 1963–1966-cı illər arasında iyirmidəlik hit-paradlarda 12-dən çox mahnı ilə təmsil olunub, “I Get Around”, “Help Me, Rhonda” və “Good Vibrations” mahnıları ilə isə hit-paradların zirvəsinə yüksəlib. Qrupun albomlarının dünya üzrə satış tirajı 100 milyon nüsxəni ötüb.













