QALMAQAL: Lalə onu heç kişi kimi qəbul etmir... Prodüserdən AÇIQLAMA

 15:25 05.04.2019     1347

Lalə Məmmədovanın həyat yoldaşı ona böhtan atıb?

Xəbər verdiyimiz kimi, əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. O, ifaçının aliment ödəməyə onu məcbur etdiyini, ümidsizlikdən artıq intihara əl atmaq istədiyini deyib. Bununla yanaşı, İlham Qafarov uşaqları görmədiyini və bu addımın qarşı tərəfdən məhz ikinci dəfə ailə həyatı qurduqdan sonra baş verdiyini açıqlayıb.  

Məsələylə bağlı əməkdar artistlə əlaqə saxlamağa çalışdıq. Lakin xanım sənətçi konsert proqramı üçün ABŞ-da olduğundan, sualımıza özü cavab verə bilmədi. Lalə Məmmədovanın prodüseri Vəfa Nuriyeva məsələyə belə aydınlıq gətirdi:

O, Redaktor.az-a bildirib ki, həyat yoldaşı müğənniyə böhtan atır:

“Lalə İlhamı heç nəyə görə məcbur etməyib, onun aliment ödəməsini qanun tənzimləyir. O, Lalənin ünvanına ağzına gələni danışır, şər-böhtan atır. İlham söyləyir ki, Laləylə evlənəndən sonra işini itirib və pulunun olmadığına görə aliment ödənilmir. Yalandır onun Şüvəlanda bir bağ evi və başqa yerdə üç otaqlı mənzili var. O hər yerdə iki dəfə ailə həyatı qurduğunu söyləyir, bu da yalandır. İlham Qafarov hazırda üçüncü dəfə evlənib və bir oğlu var. Hətta onunla belə maraqlanmır. Ümumiyyətlə İlham nə danışdığını bilmir. Lalə onu hər yerdə uca tutub, başının tacı edib, nə əldə edibsə, onun hesabına olub. Ona görə də, ayıb olsun. Lalə onu heç kişi kimi qəbul etmir”.

Qeyd edək ki, Lalə və İlham cütlüyü 2004-cü ilin aprel ayında ailə həyatı qurub, 2013-cü ildə isə ayrılıb. Onların Nərgiz və Çinarə adlı iki qızı var.

Sevda Bayramova / REDAKTOR.AZ