Mələkxanım Əyyubova qardaşı oğlunu BAĞIŞLADI ÖZƏL

 16:30 05.04.2019     2109

Mələkxanım Əyyubova qardaşı oğlunu bağışlayıb.

Bir neçə gündür sosial şəbəkələri alt-üst edən çılpaq qızların qalmaqallı videosuyla bağlı yeni xəbər var.

Redaktor.az-ın aldığı son məlumata görə, həmin videoya görə saxlanılan Valeh İsrafilovla xalq artisti Mələkxanım Əyyubovanın münasibəti normallaşıb. Bunu saytımıza özünü Ramal İsrafilovun mətbuat katibi kimi təqdim edən şəxs bildirib. Onun sözlərinə görə, xanım sənətçi artıq baş verən hadisə ilə razılaşıb.

Qeyd edək ki, xalq artisti Mələkxanım Əyyubovanın çılpaq qızların videosuna görə saxlanılan qardaşı oğlu Valeh İsrafilovla münasibəti hadisədən sonra korlanmış, müğənni qardaşı oğlunun onun üçün "öldüyünü" bildirmişdi. 

Sevda Bayramova / REDAKTOR.AZ