Britni Spirs "dəlixana" da

 01:33 09.04.2019     1821

Dünya miqyaslı məşhur amerikalı müğənni Britni Spirs psixoloji problemlərlə üz-üzədir. Milyonların sevimlisi olan Spirs ötən gün ruhi əsəb xəstəxanasına yerləşdirilib.

Redaktor.az xəbər verir ki, pop ulduz atasının xəstəliyi ilə bağlı ciddi narahatlıq keçirdiyi üçün özünün də sağlamlığında problemlər yaranıb. 
 
O, məşhurluğunun ilk illərində yaşadığı əsəb gərginliklərindən sonra 11 il psixoloqların nəzarətində olub. 
 
Məlumata görə, ailə başçısının bağırsaqlarında problem var. O iki dəfə əməliyyat olsa da vəziyyəti düzəlməyib. 
 
Yanvar ayında Britni Spirs konsert turnesini təxirə salmışdı. Buna səbəb də onun atası idi. Ulduz ifaçı atasının az qala öldüyünü, ailəsinin onun üçün hər zaman birinci yerdə olduğunu deyirdi. 
 
Xatırladaq ki, iki oğul anası olan Britni dünyanın ən çox qazanan simalarından biridir. Ötən il onun qazancı 30 milyon dolları keçib.