"Xalq artisti məndən üzr istəyəcək!" Aparıcıdan QALMAQALLI açıqlama

 11:28 06.04.2019     507

Hər zaman adı daha çox söz-söhbətlərdə, qalmaqallarda çəkilən Türkan Heydərovadan yeni xəbər var.

Xanım müğənni bir neçə gün öncə bəzi xəbər saytlarında özü barəsində xəbərlər oxuyub. Həmin xəbərlərdə onun adından “Varlı, evli kişi ilə sevgili olmaq istərdim” ifadəsi işlədilib.

Türkan Heydərova bu xəbərlərə aydınlıq gətirib. Müğənni REDAKTOR.AZ-a açıqlamasında bildirib ki, həmin xəbərlər ona qarşı hazırlanan təxribatdır:

“Bu barədə heç bir kanala, sayta müsahibə verməmişəm. Səhifələrdə mənim adımdan olan yazılar sifarişlidir, hər biri saxta adminlərin və profillərin adından qoyulub. Bunu isə edən hər kəsin çox gözəl tanıdığı, məhşur xanım müğənni, xalq artistidir. Bunu niyə etdiyini bilmirəm, yəqin ki mənimlə rəqabət aparır, qısqanır, çünki mən ondan qat-qat cavan və gözələm. O xanım etdiklərinə görə məhkəmə qarşısında cavab verib, məndən üzr istəyəcək. Hazırda araşdırma davam edir və məhkəmədən olan ilk görüntüləri və açıqlamanı sizə verəcəm”.

Qeyd edək ki, Türkan Heydərova Yeni Ulduz müsabiqəsinin iştirakçısı olub. Hazırda Lider Televizyasında aparıcıdır.

Sevda Bayramova / REDAKTOR.AZ