Rəqqasə Fatimə TƏHDİD OLUNDU İzləyicisinə belə cavab verdi

 14:50 06.04.2019     583

Rəqqasə Fatimə Fətəliyeva izləyicisini şikayət edib.

Redaktor.az-a özəl olaraq danışan Fatimə onun sosial şəbəkədə şərəf və ləyaqətini alçaldan şəxsin 50-dən çox yaşının olduğunu bildirib:

“Bu qadın yaşına-başına baxmadan məni alçaldır, hədələyir, əlində mənə aid görüntülərin olduğunu, mənim kiminsə ailəsini dağıtdığımı iddia edir. Ayıb olsun o xanıma. O qadın mənim, həyat yoldaşım, övladlarım barəsində ağzına gələni danışırsan. O qadın ruhi xəstədir. Mənim uğurlarımı görüb, insanlarda mənə qarşı olan reaksiyanı mənfiyə çevirmək üçün əlindən gələni edir.

Qeyd edək ki, Fatimə sözügedən xanımın fotosunu öz şəxsi İnstaqram profilində yayımlayıb və izləyicilərindən onun səhifəsini şikayət etmələrini xahiş edib. 

Sevda Bayramova /REDAKTOR.AZ