Space TV-nin efirindəki söyüşə görə işdən qovdular

 18:57 07.04.2019     616

Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru Etibar işdən qovulub.

O, uzun illər bu kanalda çalışırdı.

Qeyd edək ki, Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissoru mikrofonları bağlamağı unudub. Rüfətlə birlikdə Rəşad İlyasovda mikrofonun bağlı olduğunu zənn edərək mahnının sözlərində biabırçı ifadələr işlədiblər.

R.Axundov isə açıqlama yayaraq görüntünün montaj olduğunu bildirib:

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.