Söyüşlü mahnının aqibəti necə olacaq? Rüfət Axundovdan AÇIQLAMA

 16:12 08.04.2019     458

“Space” televiziyasının səhər verilişində yaşananlar ölkə gündəminə öz damğasını vurub.

Rüfət Axundov və Rəşad İlyasovun oxuduğu Emin Sabitoğlunun bəstəsi olan "İnsafda yaxşı şeydi" mahnısının fonunda səslənən söyüş insanlar tərəfindən qınağ obyektinə çevrilib. Məsələylə bağlı Rüfət Axundovla əlaqə saxladıq. O, Redaktor.az-a bunları söylədi:

“Yayılan video tamamilə montajdır. MTRŞ-nin mənimlə bağlı bildirdiyi efir qadağası qərarı ilə razı deyiləm və bu haqda danışmaq istəmirəm”.

Qeyd edək ki, yaşanan hadisə nəticəsində telekanalın səs rejissoru və səhər verilişinin aparıcısı işdən qovulub.

Sevda Bayramova /REDAKTOR.AZ