Günaydan Şəbnəm Tovuzluya SƏRT SÖZLƏR Bayağı ifaçıdı...

 17:25 08.04.2019     451

Şou-biznesdə növbəti qalmaqal müğənnilər Günay İbrahimli və Şəbnəm Tovuzlu arasında yaşanıb.

Redaktor.az xəbər verir ki, “Ay Zaur” verilişində Günay “Şəbnəm Tovuzluya qulaq asırsınız?” sualına belə cavab verib:

“Dinləmirəm. Dedilər hansısa mahnısına 30 milyon baxılıb. Heç o mahnını eşitməmişəm, qabağıma da çıxmayıb. Çox maraqlıdır, Azərbaycanda heç 30 milyon əhali yoxdur, necə olar? Düşünürəm ki, bayağı ifaçıdır. Olanı deyirəm, heç kim harasa yozmasın. Mənim qulaq asdığım insanlar tamam başqadır”

Məsələyə aydınlıq gətirmək üçün Şəbnəm Tovuzlu ilə əlaqə saxladıq. O, Redaktor.az-a bunları dedi:

“O xanım bilməlidir ki, təkcə Azərbaycanın 10 milyon əhalisi var. Türk dilli xalqımız dünyanın hər bir nöqtəsində məskunlaşıb. Məni sevənlər təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da milyonlarla dinləyicim var. Əgər elə olmasaydı məni tez-tez başqa ölkələrə konsert verməyə dəvət etməzdilər. Hətta bir neçə gün öncə səhifəmi İnstaqram da təsdiq etdi, Yutubda hər bir mahnımın altında minlərlərə baxış var. Bunların heç biri saxta deyil, realdır və biz bunu dəfələrlə sübüt etmişik. Onların mahnılarına bir il ərzində heç bir milyon baxış olmur. Ona görə də bu hal onlar üçün möcüzə kimi gələ bilər. Amma birşeyi dəqiq bilirəm ki, bəli məni xalq sevir və dinləyir.”

Sevda Bayramova / REDAKTOR.AZ