Zamiqdən Abbas Bağırova CAVAB "Aramızda utanılacaq bir şey olmayıb"

 18:15 08.04.2019     456

Əməkdar artist Abbas Bağırov “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişinin qonağı olub.

Redaktor.az xəbər verir ki, o, verilişdə Zamiq Hüseynovla münasibətlərinin pozulmasından danışıb:

“ Zamiqlə əvvəllər yaxşı münasibətim olub, dəfələrlə mən onlara, o isə bizə gəlib. Ailəsi ilə də münasibətim olub. O şeyləri unuda bilmərəm. Sadəcə aramızda narazılıqlar olub. Elə verilişlər və tədbirlər olub ki, eyni yerə düşmüşük. Mən oturmuşam, o, gəlir, mənə “salam” vermir. Mən ona niyə “salam” verim ki? “Salam” sənin mədəniyyətin, tərbiyəndir. Onun münasibətə heç bir aiddiyyəti yoxdur”. Bir insanla münasibətimi pozuramsa, deməli, dəfələrlə diqqətsizlik, özünü düzgün aparmamağı, münasibətdə çatışmayan cəhətlər məni buna vadar edir. Sevirəm ki, insan səmimi, kamera arxasında necədirsə, kənarda da elə olsun. Mənimlə münasibəti necədirsə, başqalarının yanında da elə olsun. Yanımda başqa adamlar haqda danışılmasını sevmirəm. Narazılığın varsa, get, üzünə de. İnsan olduğu kimi məni qane etmirsə, məcburam onunla dostluq edim? Bir insana nə qədər keçə bilərsən? Təəssüflər olsun ki, onu özüm kimi görmüşəm. Onda günah görmürəm, xarakteri belədir, onu dəyişə bilmərəm”.

Verilən açıqlama ilə bağlı Zamiq Hüseynovla əlaqə saxladıq. Müğənni xüsusi olaraq Redaktor.az danışdı. O da yaranan faktı qəbul etdi:

“Neçə vaxtdır ki, münasibətimiz bir az pozulub. Amma hər şeyin vaxtı, zamanı var. Hiss edirəm ki, ikimizədə belə rahatdır. Aramızda ciddi, utanılacaq bir şey olmayıb. İkimizdə sənətçiyik, dost olmuşuq. Bunlar hər həsin arasında olur, münasibət pozulur, sözlər çəp gəlir. Biz elə tərbiyəyə malik olan insanlar deyilik ki, səhv edək və bir-birimizi bağışlamayaq. Sadəcə olaraq aramızda narazılıq var.Nə vaxta qədər belə davam edəcək bilmirəm.”

Sevda Bayramova /REDAKTOR.AZ