Rüfət Axundov HƏBS OLUNA BİLƏR Açıqlama

 18:13 08.04.2019     419

Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası “SPACE” telekanalını cərmələyib. Buna səbəb isə əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun səhər verilişində mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlətməsi olub.

Efirdə bu cür ifadələrin səsləndirilməsi hansı məsuliyyət yaradır? 

Problemlə bağlı hüquqşünas Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycan Respublikasının Konstitusiyasına,qanunverilicik tələblərinə ziddir.

"Verilişdə efirə getmiş ədəbsiz söz və ifadələrə görə telekanal İnzibatı Xətallar Məcələssinə uyğun olaraq 5-8 min manat arası cərimə oluna bilər. Həmçinin, qanunu pozan fiziki şəxs İnzibatı Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq, 50-100 manat məbləğində cərimə oluna, yaxud da 15 günlük həbs cəzası ala bilər”.

Sevda Bayramova / REDAKTOR.AZ