Məşhur serialın aktyoru biabır oldu

 22:47 08.04.2019     509

Türkiyədə sevilərək izənilən “Erkenci kuş” serialının baş rol ifaçıları Demet Özdemir və Can Yaman ərəb dünyası müsabiqəsində qalib gəliblər.

Redaktor.az xəbər verir ki, “Murex D” tərəfindən mükafata layiq görülən cütlük keçirilən tədbirdə iştirak ediblər.
 
Livanda keçirilən tədbirdə Demet Özdemir və Can Yaman cütlüyü gecəyə damğa vurublar. Səhnədə “Erkenci kuş”un ulduz aktyorları fırtına kimi coşublar.
 
“Ən yaxşı kişi aktyoru” mükafatına layiq görülən Can Yaman çıxışı ilə biabır olub.
 
O, çıxışına ilk öncə ingilis dilində başlayıb, ərəbcə davam edib. Lakin hər iki dildə nitqini sona çatdıra bilməyib. Onun çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.